Cümə , 27 Dekabr 2024
Drone Cameras

Referenduma dəstək verən şöbə müdiri cəzalandırılacaq

Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən tənqidlərə məruz qalıb.

Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Modern.az-a açıqlamasında şöbə müdiri Fizuli Tanirverdiyevlə ölçü götürüləcəyini bildirib:

“Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Məsələnin ictimailəşdiyini görən Fizuli Tanirverdiyev dərhal paylaşımlarını silib.

Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir