Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rektor akademik və professoru vəzifədən çıxardı, yeni prorektorlar təyin olundu – BDU-da növbəti dəyişikliklər

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Boyukmillet.com Report-a istinadla xəbər verir ki, ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. 

Keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Bundan başqa, BDU-nun Ümumi məsələlər üzrə prorektor vəzifəsinə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədovahəvalə edilib. 

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb. 

Bundan əlavə, Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov BDU-nun Həmkarlar İttifaqı Komitəsin sədri seçilib

(Report)

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …