Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …