Cümə axşamı , 2 Yanvar 2025
Drone Cameras

Rövnəq Abdullayev: “Yeni “AÇG” sazişinin imzalanması Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirib”

Ötən ay Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni sazişin imzalanması və burada Azərbaycan üçün daha əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının gücünü bir daha nümayiş etdirir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda işə başlayan “Argus” beynəlxalq neft sammitinin açılışında çıxışı zamanı qeyd edib.

O bidlirib ki, “AÇG” üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymətləndirilirdi: “1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan artıq çıxarılmayan neft ehtiyatları olduğu da müəyyənləşib”.

SOCAR prezidenti Azərbayan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir: “TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir