Şənbə , 20 Aprel 2024
Drone Cameras

RSXM: “Azərbaycanın üç rayonunda yeni seysmik stansiyaların qurulması işləri bu il başa çatacaq”

“Bu ilin sonunadək Xəzəryanı və digər vulkanlar ətrafında 22 seysmik stansiyanın quraşdırılması yekunlaşacaq”.

Bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Beynəlxalq qrant layihəsi çərçivəsində alınmış seysmik stansiyaların ölkəyə gətirildiyini xatırladan direktor deyib ki, artıq müəyyən edilmiş yerlərdə quyular qazılıb: “Hazırda İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında hasar çəkmə, muftaların qoyulması və digər kommunikasiya işləri görülür. İlin sonuna qədər proses yekunlaşacaq”.

Q.Yetirmişli həmçinin bildirib ki, yaxın vaxtlarda ölkədə güclü zəlzələlərin baş verəcəyi gözlənilmir: “Yeraltı təkanlar tez-tez olur. Dünən axşamdan bu gün səhərə qədər 35 xırda təkan olub. Dinamik şərait həmişə aktivdir. Hərdən zəif hiss edilən zəlzələlər olur. Ancaq bu yaxınlarda bölgədə dağıdıcı zəlzələlər gözlənilmir”.

Check Also

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin …