Cümə , 3 May 2024
Drone Cameras

Türk Şurası ölkələrinin jurnalistləri Cəbrayıla səfər ediblər

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonundakı mövcud vəziyyətlə tanış olduqdan sonra Cəbrayıl rayonuna səfər ediblər.

Boyukmillet.com xəbər verir ki, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki “Dostluq” bulağı ilə tanış olublar.

Daha sonra şəhər ərazisinə jurnalistlər üçün mediatur təşkil edilib. Türk Şurasına üzv və müşahidəçi dövlətlərin aparıcı media orqanlarının nümayəndələri Cəbrayıl rayonundakı dağıntıları öz gözləri ilə görüblər.

Onlar həmçinin ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda da olublar. Məlumat verilib ki, qəbiristanlıq faktiki olaraq yerlə yeksan edilib, bütün qəbirüstü daşlar dağıdılıb, qəbirlər qazılıb.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Daha sonra isə xarici KİV nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …