Şənbə , 21 Noyabr 2026
Drone Cameras

Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcəklər

ABŞ Kabildə diplomatik iştirakını dayandırıb və bundan sonra Əfqanıstan istiqamətində fəaliyyətini Qətərin paytaxtı Dohadan həyata keçirəcək.

Boyukmillet.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

O, həmçinin “belə bir çox mürəkkəb dövrdə son dərəcə cəsur iş görmüş” ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra etmiş Ross Uilsona minnətdarlığını bildirib.

Bundan sonra R.Uilsonun vəzifəsini onun müavini Yan MakKeri tutacaq.

ABŞ-lıların və onlarla əməkdaşlıq etmiş əfqanların və digər ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması əməliyyatlarına rəhbərlik ABŞ-ın bu ölkədəki sabiq səfiri Con Bassa tapşırılıb. O, təxliyə əməliyyatına nəzarət etmək üçün Kabilə qayıdıb.

Check Also

Azərbaycan və NATO logistik imkanlardan birgə istifadə mexanizmlərini müzakirə edib

Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə …