Cümə , 17 Aprel 2026
Drone Cameras

Bakıda Qırğız Respublikasının Müstəqillik Günü qeyd olunub

Qırğız Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində 2 ölkənin milli bayraqlarının qaldırılması mərasimi keçirilib.

Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Qırğız Respublikasının mətbuatını təmsil edən nümayəndə heyəti, diaspor fəalları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfir Kayrat Osmonaliyev Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətlərin vəziyyəti və cari dinamikası, həmçinin ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ilə bağlı əldə olunmuş razılaşmaların icrası barədə məlumat verib.

Tədbir zamanı “Mərkəzi Asiya – Cənubi Qafqaz” (5+3) regionlararası platformasının inkişaf planlarına xüsusi yer ayrılıb.

Check Also

TƏCİLİ! Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya …