Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Ruhanidən Türkiyəyə sərt tənqid

Tehran rəhbərliyi, bölgədə artan qum fırtınaları haqqında açıqlama verib. İran lideri Ruhani, üstü bağlı bir şəkildə Türkiyəni tənqid edib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani, Türkiyədəki bənd layihələrini tənqid edib. Ruhani, Fırat və Dəclə üzərində edilən bənd lahiyəsi ucbatından Tehranda yaşanan qum fırtınalarından bəhs edərək, mətbuat konfransı keçirib. Ruhaninin çıxışı AP xəbər agentliyinə və New York Timesdə dərc olunub.
Toplantıda Ruhani, Turkiyənin adını çəkməyərək, Suriya və İraqa axan böyük çaylara edilən bəndləri tənqid edib, onların təsirinin dağıdıcı olacağından danışıb. Ruhani, bənd inşaatlarının dayandırılması lazım olduğunu və bunun bütün Orta Şərq üçün “təhlükəli” olduğunu ifadə edib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir