Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya ərzaq talonu dövrünə qayıdır – Putindən TƏLİMAT

Rusiya prezidenti Putin aztəminatlı vətəndaşlara ərzaq talonlarının verilməsi təklifini dəstəkləyib.

Dumanın partiya fraksiyaları ilə görüşündə Putin bu barədə olan müzakirəyə toxunub və deyib ki, ölkədə ərzaq sertifikatının tətbiq olunmasını mümkün sayır.

“Ərzaq sertifikatı barədə müzakirə aparmışıq. Mən hökumətə tapşırıq vermişəm ki, bu məsələ barədə danışsın. Burada müsbət məqamlar və həllediləsi müəyyən problemli məsələlər də var”-deyə prezident vurğulayıb.

Putinin sözlərinə görə, ərzaq talonlarının tətbiqi ilə bağlı düşünmək lazımdır. Eyni zamanda bildirib ki, indi bu məsələ pandemiyanın qaynar vaxtı olduğu qədər aktual deyil: “Buna baxmayaraq, məsələ barədə danışmaq olar”-deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyada ərzaq kartoçkalarının tətbiqi ilə bağlı təklif son zamanlar dəfələrlə qaldırılıb. Təklifdə hər ay ərzaq alınması üçün müəyyən məbləğin ünvanlı şəkildə aztəminatlı vətəndaşlara çatdırılması əks olunur

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …