Rusiya əsirliyindən Ukraynanın 2279 vətəndaşı azad edilib.
Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, azad edilənlərin çoxu sıravi və çavuş hərbçilərdir.
Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 429-cu günüdür.
BMT-nin hesabatına əsasən, Ukraynanın 16 milyondan çox sakini öz evini tərk edib.
Ukrayna Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən Hərbi Media Mərkəzindən (“Military Media Center”) bildirilib ki, Rusiya ordusu müharibədə 369 min şəxsi heyətdən və 5900-ə yaxın ağır hərbi texnikadan istifadə edir.
Məlumata görə, Rusiya tərəfdən müharibəyə 48 briqada və 122 alay cəlb olunub.