Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib

Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd olunub ki, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib.

Moskvada Yaponiya tərəfinə Rusiyanın təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirilən Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin qəti şəkildə yolverilməzliyi qeyd edilib.

Vurğulanıb ki, Rusiya təlimlərlə bağlı müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görə bilər.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …