Bazar , 15 Mart 2026
Drone Cameras

Elşad İmanov Sankt-Peterburq seçkilərində növbəti dəfə deputat mandatı qazandı.

Həmyerlimiz İmanov Elşad Söyün oğlu beşinci dəfədir ki, Leninqrad şəhər bələdiyyəsinə deputat seçilir.

Boyukmillet.com xəbər verir ki, İmanov Elşad 1964-cü ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Yuxarı Axtala kəndində anadan olub. O, Şimal-Qərb Politexnik İnistitutunu və Sankt-Peterburq hüquq akademiyasını bitirib. 1982-ci ildən Sankt-Peterburq şəhərində yaşayan Elşad İmanov burada bir sıra dövlət vəzifələrində fəaliyyət göstərib. Bu il sentyabrın 8-də keçirilən bələdiyyə seçkilərində növbəti, 5-ci dəfə uğur qazanaraq deputat mandatını əldə edib.

saytımız adından həmyerlimiz Elşad İmanovu təbrik edir, növbəti fəaliyyət dövründə də ona uğurlar arzulayırıq.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …