Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Dünya Azərbaycanlılarını Yeni İl münasibətilə təbrik etdi

Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Dünya Azərbaycanlılarını Yeni İl münasibətilə təbrik edib. 

Boyukmillet.com həmin təbriki təqdim edir:

Hörmətli həmvətənlilərim!

Çağdaş Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi daxil olan 31 dekabr təqvimi qətiyyətlilik və birlik anlayışları ilə səciyyələnir. Sözsüz ki, bu tarixi hadisə xalqımızın qəhrəmanlıq səhifəsidir.

Zamanın tələbi olan Rusiya azərbaycanlıları İttifaqı (RAİ) təşkilatı həmvətənlilərimizi birləşdirəcək platforma kimi, təməlində işğaldakı torpaqlarımızın azadlığı uğrunda mübarizənin dayanadığı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yardım edən amilə çevirildi. Bununla da İttifaq milli birliyin güclənməsinə və həmvətənlilərimizin mədəni-mənəvi vəhdətinin möhkəmlənməsinə xüsusi əhəmiyyət verdi.

Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi və onların ümummilli məsələlərin həllində iştirakı ilə bağlı təkifləri həmişə dəstəkləyirik. Vətənə olan mənəvi bağlılığımızı müəyyən edən azərbaycançılığın ən doğru  strategiya olduğuna əminik.  

2019 cu il Azərbaycan diasporu tarixində öz xüsusi yeri olan Rusiya azərbaycanlıları İttifaqının təsis edilməsi ilə yadda qaldı. Rusiya azərbaycanlılarının Birinci Moskva Forumunda 56 regiondan azərbaycanlıların diaspor təşkilatı rəhbərlərinin iştirakı taleyüklü məsələlərin həllində həmvətənlilərimizin məsuliyyət hissini daha da gücləndirmiş oldu. Bu gün əminliklə demək olar ki, diaspor təşkilatlarının böhranda olduğu bir dövrdə RAİ nin təsis edilməsi birləşdirici amil oldu.

Rusiyadakı diasporumuzda mürəkkəb proseslərin baş verməsinə baxmayaraq RAİ inamla öz məqsədlərinə doğru addımlayır. Bunu sübut edən bizim Rusiyadakı fəaliyyətimiz və xüsusilə həyata keçirdiyimiz uzunmüddətli layihələrdir. RAİ-nin və həm də rəhbəri olduğum Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun (ÜAMF) təşəbbüsü və birbaşa iştirakı ilə Rusiya Federasiyasında azərbaycanlı tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirməsi layihələrinin gerçəkləşməsinə başlamışıq.

Layihələr artıq hazırdır və 2020 ci ilin birinci rübündə ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun büstünün olacağı xiyabanın Novqorod vilayətində, xalqımızın qəhrəman oğlu, təyyarəçi Hüseynbala Əliyevin abidəsinin Leninqrad vilayətində, Böyük Vətən müharibəsi iştirakçısı, vitse–admiral Həmid Qasımbəyovun adına parkın və büstün Kalininqrad vilayətində inşasına başlanacaq. Bu layihələr Azərbaycan diasporunun Rusiyada mövqelərinin möhkəmlənməsi baxımından xüsusi mahiyyət kəsb edir. RAİ-nin Rusiya regionlarında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirdiyi “Rusiya uşaqlarına yaxşılıq et” xeyriyyə aksiyaları da Təşkilatımızın üzvlərinin ümumvətəndaş mövqelərinin parlaq təzahürüdür.    

Ümummilli məsələlərdə yaxından iştirak da diasporun üzərinə düşən borc sayılır. Bizim qarşımızda Ermənistanın təcəavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsində iştirak kimi vacib taleyüklü məsələ durur. Biz bütün dünya ictimaiyyətini münaqişənin kökündə Ermənistanın Azərbaycana ərazi iddialarının olduğunu sübut edən müddəlarla məlumatlandırmalıyıq. Diaspor Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi hüququnun vacibliyini əks etdirən faktların vacibliyini müdafiə etməkdə xüsusi rol oynamalıdır.  

RAİ və ÜAMF Azərbaycanla bağlı, – xalqımız, tariximiz, mədəniyyət və adətlərimiz haqda obyektiv məlumatları yaymaqla Vətənimizin milli maraqlarını qorumaq işində xüsusi fəallıq göstərir. Azərbaycanın inkişafına yardım etmək və onun mövqelərinin dünyada möhkəmlənməsi üçün dünyadakı bütün soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidir. 

Əziz dostlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, xoşbəxtlik, əmin-amanlıq və işlərinizdə uğur arzulayıram. Bayramınız mübarək! 

Rusiya azərbaycanlıları İttifaqı və Dünya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …