Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rusiya bir gecədə Kiyevə 13 ədəd “İskəndər” raketi atıb

Sentyabrın 7-nə keçən gecə Rusiya 818 hava hücumu silahından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib. 

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub.

Qeyd olunub ki, sentyabrın 6-da saat 17:00-dan (Bakı vaxtı ilə 18:00) Rusiya 805 “Shahed” hücum PUA-sı daxil olmaqla müxtəlif tipli pilotsuz uçuş aparatlarından, 9 ədəd “İsgəndər-K” qanadlı raketi və 4 ədəd “İskəndər-M/KN-23” ballistik raketindən istifadə edib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …