Bazar , 29 Mart 2026
Drone Cameras

Rusiya Finlandiya və İsveçi hədələyib

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.

“Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”, – XİN başçısının müavini söyləyib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …