Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …