Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya gəmiləri Xəzər dənizində təlimlər keçirib

Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib.

Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket və artilleriya gəmiləri, təchizat katerləri, Su-30 SM və Su-34 təyyarələri iştirak edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …