Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya İlan adasından çəkildiyini təsdiqləyib: “Bu, xoşməramlı addımdır”

“Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.

“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, – Müdafiə Nazirliyi bildirib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …