Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Rusiya Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb

Rusiya hökuməti Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

Bildirilib ki, hökumət “Gəlir və kapitala görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişin fəaliyyətinin dayandırılması ilə bağlı federal qanun layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

Qanun layihəsinin müəyyən edilmiş qaydada Dövlət Dumasına təqdim edilməsi qərara alınıb.

Nazirlər Kabineti əlavə edib ki, qərar Rusiyanın maraqlarını təmin etmək və sazişin dayandırılması ilə əlaqədar ruslar üçün vergi nəticələrini minimuma endirmək üçün tədbirlər görmək məqsədi daşıyır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …