Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya nəşri: Paşinyan özünə görə Ermənistanı qurban verər

“Sonuncu əsgərə qədər müharibə” – Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını bu şüarla ifadə edir.

Boyukmillet.com  Trend-ə istinadən xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşrinin məqaləsində deyilir.

Qeyd olunur ki, N.Paşinyanın Azərbaycanın hərbi üstünlüyü şəraitində bu cür müqavimət taktikasını başa düşmək çətindir. Yəqin ki, erməni nazir ABŞ-da lobbiçilər tərəfindən separatçılara dəstək əldə etmək üçün vaxt udmaq istəyir. Amma indi orada prezident seçkiləri kampaniyası həlledici mərhələsindədir, ona görə İrəvana ABŞ-dakı erməni diasporunda tammiqyaslı kömək gözləməyə dəyməz.

Bu gün N.Paşinyan seçim qarşısındadır: Qarabağın müddətsiz işğalı və ya işğalın bitirilməsi ilə bağlı danışıqlara başlamaq və bununla da insan ölümünün qarşısını almaq. Belə görünür ki, baş nazir birinci variantı seçir, çünki Qarabağ cəbhəsində hadisələrin dinamik inkişafı, siyasi liderlərin və klanların özünəməxsus eyforiyası qonşularla sülh məsələsini arxa plana keçirib.

Amma bu yolla da Ermənistan rəhbərliyi Qarabağ böhranının Ermənistanın özündə kəskin sosial problemlərə səbəb olacaq şərait yaradır. Yaxın gələcəkdə dövlət strukturlarının yarana biləcək böhranı humanitar tənəzzülə çevrilə bilər.

Nəticədə İrəvan beynəlxalq təcridə düşə bilər, çünki öz xalqını etno-ərazi mafioz strukturlara qurban verməklə Ermənistan rəhbərliyi həm yaxın tərəfdaşlarını, həm də çoxmilyonlu diaspor nümayəndələrini itirməklə qarşı-qarşıyadır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …