Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya Odessaya raket atıb, 3 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə raket hücumları endirib.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat verib.

Bildirilib ki, şəhərə “Kalibr” raketləri atılıb.

Hücum nəticəsində ümumilikdə 3 nəfər ölüb, 13 şəxs xəsarət alıb.

Bundan başqa, şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalar zədələnib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …