Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiya Odessaya raket zərbəsi endirib, ölən və xəsarət alanlar var

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket zərbəsi endirib.

Boyukmillet.com xəbərinə görə, bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. O, qeyd edib ki, raket zərbəsi nəticəsində ölənlər var.

“Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar sonra…”, – o bildirib.

Hadisə “Pivden” əməliyyat komandanlığından də jurnalistlərə də təsdiqlənib.

“Raket düşüb, ölənlər var”, – komandanlıq qeyd edib.

“RBC Ukraina” isə Odessaya 2 raketin atıdlığını, onlardan birinin 9 mərtəbəli yaşayış binasına düşdüyünü xəbər verib. Qeyd edilir ki, binanın dağıntıları altından 6 nəfərin meyiti çıxarılıb. Hücum zamanı daha 7 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …