Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Rusiya ordusunun Ukraynadakı itkiləri 150 000-i ötüb

Müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 150 605 nəfərə çatıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 715 hərbçisi məhv edilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 397 tank, 6 658 zirehli maşın, 2058 operativ-taktiki PUA, 480 reaktiv yaylım atəşi sistemi, 2 398 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 300 təyyarə, 288 helikopter, 5264 avtomobil və tanker, 230 xüsusi texnikadan ibarətdir.

Check Also

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq …