Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiya ötən ilin oktyabrından bəri Ukraynaya 728 raket hücumu həyata keçirib

Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, oktyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, dekabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da isə 55 raket buraxıb.

Qeyd edilib ki, hesabat Ukrayna müdafiə qüvvələrinin gündəlik məlumatlarına əsasən hazırlanıb.

Xatırladaq ki, Rusiya Ukraynaya 2022-ci ilin payızından daha intensiv şəkildə raket hücumları həyata keçirir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …