Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Rusiya öz texnologiyasını Türkiyə ilə bölüşməyə hazırdır

Rəsmi Ankara beşinci nəsil qırıcıların istehsalına can atır.

“Rusiya beşinci nəsil qırıcıları yaratmaq üçün öz texnologiyasını Türkiyə ilə bölüşməyə hazırdır”. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayevin açıqlamasında belə deyilir.

“RIA Novosti”nin yaydığı xəbərə görə, Dimitri Şuqayev daha sonra vurğulayıb ki, Türkiyənin milli qırıcılar hazırlamaq üçün əlində kifayət qədər imkanları var. Bu işdə biz də onlara ciddi şəkildə kömək edə bilərik.

O, həmçinin bildirib ki, Rusiyanın “S-400” zenit-raket sistemi 2020-ci ilin yazına qədər Türkiyə ordusunun istismarına veriləcək. Hazırda isə həmin sistemə xidmət göstərəcək hərbi mütəxəssislərin təlimləri davam edir.

Bu yaxınlarda Vaşinqtonda rəsmi səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması üçün “S-400”-dən imtina etmək niyyətində olmadığını bəyan etmişdi.

Elbəyi Həsənli, Sürix

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …