Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək.

Boyukmillet.com xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik”, – Rusiya lideri vurğulayıb.

V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə aparan qərarlar əldə ediləcəyi təqdirdə, xarici qoşunların Ukrayna ərazisində olmasına ehtiyac qalmayacaq: “Əgər bu razılaşmalar əldə edilərsə, ona əməl edəcəyik. Təhlükəsizlik zəmanətlərinə hörmət edəcəyik”.

Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, bu mövzuda ciddi danışıqlar hələ aparılmır və qeyd edib ki, Avropadakı “istəklilər koalisiyası”nın dünənki məsləhətləşmələrindən sonra ABŞ Prezidenti Donald Trampla hələ danışmayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …