Bazar , 19 Yanvar 2025
Drone Cameras

Rusiya qaranlığa qərq olacaq, ordusu iflic ediləcək – ABŞ-ın QORXUNC PLANININ DETALLARI

Rusiya qaranlığa qərq olacaq, ordusu iflic ediləcək - ABŞ-ın QORXUNC PLANININ DETALLARIAmerika xüsusi xidmət orqanları Rusiyanın energetika sistemlərinə zərərverici proqram təminatını tətbiq etmək cəhdlərini gücləndirib.

boyukmillet.com xəbər verir ki, bu haqda Amerika hökumətindəki mənbələrə istinadən “The New York Times” qəzeti bildirib.

Nəşrin məlumatına görə, ABŞ 2012-ci ildən Rusiyanın elektrik enerjisi şəbəkələrinin kontrol sistemlərinin işini sadəcə müşahidə edirdi. İndi isə Vaşinqtonda başqa strategiyanı seçiblər.

“Son bir il ərzində bu hərəkətlər daha çox təcavüzkar xarakter alıb. Biz daha əvvəllər düşünə bilmədikləri miqyaslarda işləyirik”, – qəzet xüsusi xidmət orqanlarının yüksəkvəzifəli nümayəndələrindən birinin sözünü sitat gətirib.

 

Nəşr bildirir ki, beləliklə, ABŞ-da Rusiyaya xəbərdarlıq etməyi hesablayırlar. Bundan başqa, zərərverici proqram Vaşinqton və Moskva arasında ciddi münaqişənin başlanması halında istənilən vaxt kiberhücumu təşkil etməyə imkan verəcək.

Rusiya sistemlərinə zərərverici proqramın tətbiqi Rusiyanın dayandırılmasının mexanizmi kimi baxılır.

Nəşr yazır ki, ABŞ-ın Rusiyanın energetika sisteminə müdaxilə etməyi bacarıb-bacarmadığı hələ məlum deyil. Məqalənin müəllifi sonda “Rusiyanı qaranlığa qərq etmək və ya onun Silahlı Qüvvələrini iflic etmək mümkündürmü” sualını qoyub.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir