Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Estoniya Rusiyaya məxsus 3 “MiQ-31” qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib.

Bu barədə Boyukmillet.com Estoniya mediasına istinadən məlumat verib.

Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.

Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.

Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim edilməsi nəzərdə tutulur.

“Bu il Rusiya artıq dörd dəfə Estoniyanın hava məkanını pozub ki, bu da qəbuledilməzdir. Lakin bu gün üç qırıcı ilə edilən müdaxilə son dərəcə həyasızcasına edilən hərəkətdir”, – ölkənin xarici işlər naziri Marqus Tsaxkna bildirib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …