Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Rusiya qoşunları Xarkovun mərkəzinə giriblər

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.

Bu barədə Boyukmillet.com  UNİAN-a istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda ağır döyüşlər gedir.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib. “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, – deyə o yazıb.

“Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir”, – şəhərin meri İqor Terekov deyib.

Artıq sosial şəbəkələrdə Rusiya qoşunlarının şəhərdəki texnikasının hərəkətini əks etdirən videogörüntülər yayılıb. Hazırda küçə döyüşləri davam edir.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …