Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Rusiya Səhiyyə Nazirliyi ölkədə COVID-19 pandemiyasının bitmə tarixini açıqladı

Rusiya Səhiyyə Nazirliyinin Həkimlərin Elmi Tibb Cəmiyyətinin baş katibi Andrey Malyavin bildirib ki, ölkədə koronavirus pandemiyası bu ilin ortalarında başa çata bilər.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Moskva 24” bildirib.

O, əmindir ki, buna vaksinləmənin və əhalinin immunitetinin formalaşmasının köməyi ilə nail olmaq mümkün olacaq.

“Düşünürəm ki, ilin ortalarında praktik olaraq pandemiyaya qalib gələcəyik”, – Malyavin qeyd edib.

O xatırladıb ki, kollektiv immunitetin formalaşmasında həm də xəstəliyi simptomsuz formada keçirən xəstələr də iştirak edirlər.

Malyavinin sözlərinə görə, yaxın vaxtlarda insanları infeksiya ilə birbaşa mübarizə üçün antivirus preparatının yaranmasını gözləmək lazım deyil.

Daha əvvəl Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, ölkədə koronavirusdan kollektiv immunitet 2021-ci ilin avqustuna yarana bilər.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …