Bazar , 19 May 2024
Drone Cameras

Rusiya SQ Xersonu atəşə tutub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin (SQ) Xerson şəhərini və vilayətini atəşə tutması nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Boyukmkllet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xerson Vilayət Prokurorluğuna istinadən məlumat yayıb.

“Rusiya hərbi qüvvələri mayın 2-də Xerson şəhərini və regionun Belozerski icmasının bir sıra kəndlərini atəşə tutub”, – qeyd edilib.

İlkin məlumata görə, Rusiya SQ mülki əhalini atəşə tutub və hava zərbələri endirib. Xüsusilə mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, nəqliyyat vasitələrinə ziyan dəyib.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …