Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya televiziyasında Ermənistanın Bərdəyə hücumları göstərildi

Rusiyanın “Russia-1” telekanalı Ermənistan ordusunun Bərdəyə raket hücumlarına dair reportaj hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, reportajda bu hücumlar zamanı ölən və yaralananlar barədə söhbət açılır, şəhərin “Smerç” yaylım atəş qurğularından vurulduğu qeyd olunur.

Bu reportajda “Report” İnformasiya Agentliyinin video materiallarından da istifadə edilib.

Xatırladaq ki, cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə bu il oktyabrın 28-də Ermənistan ordusunun raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …