Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya Türkiyədən bəzi məhsulların idxalına qoyulan qadağanı götürəcək

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən gələn bəzi məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Boyukmillet.com -Economics”in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, sözügedən məhsulların siyahısına bibər, nar, üzüm, qreypfrut və portağal daxildir.

Məhdudiyyətlərin aradan qaldırılması barədə qərar meyvə-tərəvəz istehsalı və ixracı mərkəzlərində aparılan yoxlamanın nəticələrinə əsaslanıb və bu zaman “Rospotrebnadzor” mütəxəssisləri laboratoriya tədqiqatları üçün məhsul nümunələri götürüblər. Nümunələrin təhlilinin nəticələrinə əsasən, zərərli maddələr payı icazə verilən maksimum səviyyəni keçməyib.

Qeyd edilir ki, “Rospotrebnadzor”un mütəxəssisləri qida məhsullarında pestisidlərin tərkibinə nəzarətlə bağlı tələbləri Türkiyənin səlahiyyətli orqanlarının diqqətinə çatdırıb, həmçinin əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər barədə izahat veriblər.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …