Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarını geri çəkməyə başlayır

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır.

“Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər. Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar”, – nazirlikdən vurğulanıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …