Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda “Taxıl sazişi”ni müzakirə edəcəklər

Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər.

Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …