Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub

Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub.

Boyukmillet.com  UNIAN-a istinadən xəbər verir ki, bunu Lvovun meri Andriy Sadovı bildirib.

O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir.

Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki əhali ölkənin qərb bölgəsinə, o cümlədən Lvova sığınır.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …