Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Rusiya və Azərbaycan 2024-2026-cı illər üçün turizmə dair yol xəritəsini təsdiqləyib

Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb.

Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev imzalayıblar.

Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı təsdiq edilib. Bu sənəd də növbəti iki il üçün nəzərdə tutulub.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …