Rusiya-Ukrayna savaşının yaxın müddətdə bitəcəyinə ümid azdır. Tərəflər 2026-cı ildə yeni silahlarla döyüşü davam etdirəcəklər.
Boyukmillet.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Bild” qəzetində təhlil yazısı dərc olunub.
Məlumata görə, Rusiya müxtəlif məsafələrdə mərhələli təzyiq strategiyasına üstünlük verir. Qısa məsafələrdə (20 km-dək) Rusiya ordusu optik liflə idarə olunan FPV-dronlardan – “Vandal” adlanan aparatlarından kütləvi şəkildə istifadə edir. Bu dronlar artıq hər gün minlərlə sayda tətbiq olunur.
50 km-dək məsafələrdə Moskva aviasiya və idarəolunan aviabombalara arxalanır; bu vasitələrlə Ukrayna şəhərləri və mövqeləri dağıdılır. Uzaq məsafələrdə (1000 km-dək) isə Rusiya enerji və infrastruktur obyektlərinə zərbələr endirmək üçün ucuz “Shahed” tipli hücum dronlarını qanadlı və ballistik raketlərlə birgə istifadə edir.
Ukrayna da pilotsuz uçuş aparatlarına üstünlük verir, lakin fərqli vurğu ilə. Yaxın cəbhə xəttində Ukrayna silahlı qüvvələri daha ucuz radioidarəli FPV-dronlardan istifadə edir. Ukrayna tərəfinin qiymətləndirməsinə görə, 2025-ci ildə Rusiya əsgərlərinin böyük hissəsinin həlak olması məhz bu dronlarla bağlı olub.
Orta məsafələrdə Kiyev Qərb silahlarında ciddi çatışmazlıq yaşayır – artilleriya sursatlarından tutmuş idarəolunan bombalara qədər. Proqnozlara görə, bu zəiflik 2026-cı ildə də qalacaq.
Uzaqmənzilli zərbələrdə Ukrayna tədricən öz imkanlarını artırır: söhbət yerli istehsal uzaqmənzilli dronlardan və artan sayda qanadlı raketlərdən gedir. Almaniya da daxil olmaqla Qərb tərəfdaşlarının dəstəyi ilə (Ukraynada PUA istehsalına yüz milyonlarla avro investisiya) Kiyev Rusiyadakı neftayırma zavodları və digər obyektlərə daha tez-tez zərbələr endirməyi planlaşdırır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
