Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ ATƏT/DTİHB ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb

ABŞ Dövlət Departamenti ATƏT/DTİHB rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, – məlumatda deyilib.

Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …