Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

“Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, – o bildirib.

S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. Hələlik münasibətlərimiz pisləşən tendensiya ilə inkişaf edir. Bunun səbəbkarı isə ABŞ-dır”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …