“Rusiya Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır. O, regional istiqamətdəki fəaliyyətində yalnız yaradıcı gündəliyi təbliğ edir və heç kimlə rəqabət aparmaq fikrində deyil”.
Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinqdə deyib.
Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlayıb: “Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, dəfələrlə vurğuladığımız kimi bütün səylər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanmalıdır”.
O vurğulayıb ki, Rusiya sözügedən bəyanatların müddəalarına uyğun hərəkət edən və onların icrasına töhfə verə biləcək qeyri-regional oyunçuların prosesə qoşulmasına qarşı deyil.
Bununla belə, İ.Neçayev qeyd edib ki, əsas məsələ kimisə zəiflətmək, işini pozmaq üçün təkrara və hansısa oyunlara yol verməməkdir, çünki Rusiya adı çəkilən tərəflərin oxşar hərəkətləri ilə dəfələrlə üzləşməli olub.