Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rusiya XİN Paşinyana cavab verib: “Tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”

“Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir”.

Rusiya XİN-in sözçüsü həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı iddialarına da cavab verib: “Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”.

M.Zaxarova vurğulayıb ki, N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Rusiyanın danışıqlarda aktivliyinin Ukraynadakı hadisələrə görə azaldığını deyib. O, son vaxtlar Qərb platformalarında görüşlərin üstünlük təşkil etməsinə və ABŞ Dövlət katibi Antoni Blikenlə bir neçə dəfə telefon danışığının baş tutmasına diqqət çəkib.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …