Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Rusiya xüsusi xidmət orqanları Almaniyadan radikalları Dağlıq Qarabağa niyə göndərib…

Almaniya xüsusi xidmət orqanları bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ” partiyasının Rusiya ilə əməkdaşlıq etdiyini üz çıxarıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Die Zeit” qəzetinin məqaləsində deyilir.

Məlumata görə bu partiyanın nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdəki müşahidə missiyalarının tərkibində yer alıblar. “Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik görüntüsü verməkdir. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib”-qəzet yazır.

Almaniya Bundestaqının deputatları Qarabağda separatçılarla görüşür

Qəzetin yazdığına görə hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlində yerləşən Avrasiya araşdırmaları Mərkəzi oynayıb. Həmin mərkəz 2016-cı ildə sağ radikal təmayüllü “Zuerst!” qəzetinin baş redaktoru Manuel Oksenrayter və “Almaniya üçün alternativ” partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb. Həmin Oksenrayter artıq neçə ildir ki, “Almaniya üçün alternativ” partiyasından olan deputatların Donbass, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir.

2014-cü ildən başlayaraq həmin partiyadan azı 11 deputat keçmiş sovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdə” müşahidə missiyalarının tərkibində iştirak ediblər. Bununla da Rusiyanın həmin bölgələrlə bağlı mübahisəli siyasətinə beynəlxalq legitimlik donu geyindirməyə çalışıblar. Həmin səfərlər yerlərdəki “rusiyayönümlü hakimiyyətlər” və ya Kremlönümlü    QHT-lər tərəfindən maliyyələşdirilib.

Manuel Oksenrayter

Rusiyanın bu missiyasında əsas rollardan birini oynayan Berlindəki Avrasiya araşdırmaları mərkəzinin əsasını qoyanlardan Mateuş Piskorskidir. Ötən il onu Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar. Almaniya xüsusi xidmət orqanlarına daxil olan məlumata görə Piskorski tərəfindən Krıma təşkil edilmiş ən azı bir səfəri Rusiya xüsusi xidmət orqanları koordinasiya edib və ən azından ona ciddi təsir göstərib. Kəşfiyyat belə qənaətə gəlib ki, Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir və onlar populist məqsədlərlə çıxış edərək Rusiya ilə yaxşı əlaqələrə çağırırlar.

Manuel Oksenrayter Donbassda separatçılarla

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir