Cümə , 5 Dekabr 2025
Drone Cameras

Rusiya yeni qırıcı təyyarəsini nümayiş etdirdi

Beşinci nəsil, yüngül, taktiki və bir mühərrikli Su-75 “Checkmate” qırıcı təyyarəsinin ilk uçuşu 2026-cı ilin birinci rübünə planlaşdırılıb. 

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat “Dubai Airshow” 2025 sərgisində açıqlanıb.

Təyyarənin maketi hazırda sərgidə xarici nümayəndə heyətlərinə nümayiş etdirilir.

“Avia.pro” saytının məlumatına görə, V.P. Çkalov adına Novosibirsk Aviasiya Zavodu hazırda təyyarənin ilk uçuş prototipinin yığılmasını başa çatdırır.

Qeyd edək ki, 2021-ci ildə MAKS aviasiya sərgisində təyyarənin uçmayan statik prototipi nümayiş etdirilib. Təqdimatda Rusiya prezidenti Vladimir Putin də iştirak edib. “Checkmate”in ilk uçuşu əvvəlcə 2023-cü ilə planlaşdırılsa da, daha sonra 2024-cü ilə, ardınca isə 2025-ci ilə təxirə salınıb. Yeni nəsil yüngül-orta çəkili qırıcı təyyarənin ilk tədarüklərinin 2026-2027-ci illərdə həyata keçirilməsi gözlənilir.

“Checkmate” əsasən ixrac üçün aşağı maya dəyəri ilə hazırlanıb və bu seqmentdə ABŞ-ın “Lockheed Martin F-35 Lightning II” və Çin istehsalı “Shenyang FC-31” təyyarələri ilə rəqabət aparır. Layihə çərçivəsində 15 il ərzində 300 ədədə yaxın təyyarənin istehsalı nəzərdə tutulur.

“Rostec”in baş direktoru Sergey Çemezovun sözlərinə görə, “Checkmate” qırıcılarının hər birinin qiyməti 25-30 milyon ABŞ dolları civarında olacaq.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …