Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rusiyada azərbaycanlıları himayə edən üç polis rəisinin saxlandığı bildirilir

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda azərbaycanlı sahibkarlar qeyri-qanuni biznesə himayə üçün polisə rüşvət veriblər. Bu barədə məlumatı Rusiyanın bir neçə “Telegram” kanalı yayıb.

Məlumatda deyilir ki, həmin polis rəisləri qanunsuz spirtli içki və tütün məhsulları ticarəti ilə məşğul olan sahibkarlara himayədarlıq ediblər.

İstintaqın versiyasına görə, sahibkarlar — Azərbaycan əsilli şəxslər — hər ay polis əməkdaşlarına qeyri-qanuni ticarət fəaliyyətinə göz yumulması üçün pul veriblər. Rüşvətlərin ötürülməsində vasitəçi qismində çıxış edən 46 yaşlı Vusal O. sahibkarlardan 154 min rubl alaraq bu vəsaiti rayon polisi əməkdaşlarına çatdırıb. Ona qarşı cinayət işi rüşvətverməyə vasitəçilik maddəsi ilə açılıb.

İstintaq çərçivəsində üç polis şöbəsinin rəisinə ittiham irəli sürüldüyü də bildirilir. Artıq Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis şöbələrində axtarışlar və dindirilmələr aparılıb.

İttiham olunan şəxslər kimlərdir

İstintaq Komitəsi aşağıdakı şəxslərə qarşı rüşvət alma ilə bağlı ittiham irəli sürüb:

  • Sergey Korotkov, 128-ci polis şöbəsinin rəisi — istintaqa görə, 2018-ci ildən bəri rüşvət alıb, ümumi məbləğ 3,8 milyon rubl (təqribən 83 min manat) təşkil edib;
  • Roman Kamerzanov, 87-ci polis şöbəsinin rəisi — 2024-cü ildə 150 min rubl (təqribən 3300 manat) məbləğində rüşvət alıb;
  • Aleksey Peremibeda, 97-ci polis şöbəsinin rəisi — 2025-ci ildə 315 min rubl (təqribən 7 min manat) alıb.

88-ci şöbənin rəisi İrakli Nikolozadze hazırda şahid statusundadır.

İstintaq materiallarına əsasən, rüşvətlər aylıq olaraq mütəmadi şəkildə ödənilib.

Cinayət təqibi

Cinayət işi yalnız polis əməkdaşlarına qarşı deyil, həm də rüşvət verən üç azərbaycanlı sahibkara qarşı da açılıb. Bütün təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçiləcəyi də deyilir.

Bununla belə, Rusiya Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi məsələ ilə bağlı rəsmi şərh verməyib. Rusiya mediasının sorğularına cavab olaraq, istintaqın məxfiliyi səbəbindən ətraflı məlumat verilmədiyi bildirilib.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …