Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.

Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.

İtkin düşən balıqçıların axtarışı davam etdirilir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …