Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var

Başqırdıstanın (Rusiya) Salavat şəhərində yerləşən müəssisəsinin ərazisində partlayış baş verib, dağıntılar altında qalan var.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

* ₼Bildirilb ki, partlayışdan sonra üç nəfər ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Dağıntılar altında qalan insanın axtarışı üçün bütün zəruri tədbirlər görülür. Qurumun məlumatına görə, yanğının söndürülməsi davam edir.

Operativ xidmətlərdən bildirilib ki, şam zavodunda baş verən partlayışın səbəbi texnoloji prosesin pozulması olub.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …