Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib

Ukrayna Silahlı Qüvvələrinin bu gün gecə saatlarında hava hücumunun dəf edilməsində iştirak edən F-16 təyyarəsi ilə əlaqəsi kəsilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sosial şəbəkələrdəki məlumatına istinadən bildirib.

“Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirdi”, – hərbçilər bildiriblər.

İlkin məlumatlara görə, üç hava hədəfini məhv edən pilot dördüncüsü üzərində işləyirdi.

“Lakin təyyarədə gözlənilməz vəziyyət yaranıb. Pilot təyyarəni yaşayış ərazisindən uzaqlaşdırıb və uğurla katapult edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, axtarış-xilasetmə qrupunun operativ işi sayəsində pilot tez tapılaraq təxliyyə edilib, onun vəziyyəti qənaətbəxşdir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …