Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiyada Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

Boyukmillet.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus “Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

Xatırladaq ki, Rusiyada bundan əvvəl də T.İsmayılova qarşı cinayət işi açılmışdı. O, 2016-cı ildə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən 2 və daha artıq şəxsin qətlə yetirilməsi) İnterpol xətti ilə axtarışa verilmişdi. Hazırda T.İsmayılov Monteneqroda siyasi sığınacaq alıb.

Bizim Instagram səhifəmizə abunə olun

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …